"İstefa qərarımın üstündə durmadığıma görə peşmanam"

9 Noyabr 2015 12:01

Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" öz meydanında autsayder "Rəvan"a 2-3 hesabı ilə uduzub.

Goal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Əliyev oyunla bağlı bunları deyib:

"Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz "Rəvan"dan heç də zəif deyil.

"Rəvan" udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq qalacaq". 

Milli.Az