Maddi problemlərin aradan qaldırılmasında, bəzən tək çıxış yolunun Kredit təşkilatlarının (Banklar və BOKT lar) olduğunu görürük. Elə vətəndaşlarımızda pula olan tələbatı aradan qaldırmaq üçün və yaxud hər hansı biznesini inkişaf etdirmək məqsədilə banklardan kredit götürürlər.
Milli.Az yaxa.org-a istinadən bildirir ki, banklar prosedurdan asılı olaraq müəyyən məbləğə qədər zaminsiz və yaxud girovsuz kreditlər təklif edirlər. Girovsuz təqdim olunan kreditlər üçün aşağıdakı sənədlər tələb olunur.
Şəxsiyyət vəsiqəsi;
İş yerindən arayış ;
Zamin və zaminin iş yerindən arayışı və s.
Siz bu sənədləri təqdim etməklə bankdan aylıq gəlirinizə uyğun kredit götürə bilərsiniz. (bu zaman müştərinin rəmi gəlirinə ən çox önəm verilir və bunun əsasında ödəniş qabilyəti araşdırılır) Lakin onu da qeyd etmək lazımdır ki, zaminlə (yəni girovsuz) təqdim olunan kreditlər daha aşağı məbləğdə verilən kreditlərdir . Bu da o deməkdir ki, əgər siz daha yüksək məbləğdə kredit əldə etmək istəsəniz, banka girov təqdim etməlisiniz.
Bəs banka sadəcə girov qoymaqla kredit almaq mümkündür?
Daha böyük məbləğdə kreditlər əldə etmək üçün banka girov təqdim etdiyiniz zaman, bank sizdən zamin tələb etməyəcək (sadəcə nadir hallarda tələb oluna bilər). Bankdan siz girov vasitəsilə aylıq gəlirinizə uyğun olaraq kredit əldə edə bilərsiniz.
Lakin, bu zaman "əgər banka girov qoysam deməli kredit ala biləcəm" kimi düşüncələr yanlışdır. Yəni, siz istədiyiniz an girov qoyaraq kredit götürə bilmərsiniz. Girov sadəcə krediti geri ödəyə bilməsəniz, bank üçün qarantiyadır. Banka girov təqdim etsəniz belə , bank sizin ödəniş qabilyətinizin təhlilini aparmalıdır və qərar qəbul etməlidir. Təbii ki, burada iki hal mümkündür. Ya bank sizə kredit verəcək ya da imtina edəcək. Əgər bank sizin almaq istədiyiniz krediti geri qaytarmaqla bağlı çətinliyinizin yaşanacağını (ödəniş qabilyətinizin olmamağını) düşünərsə bank sizə kredit verməkdən imtina edə bilər.
Əgər bank sizə girov vasitəsilə kredit vermək qərarına gəlsə sizdən aşağıdakı sənədlər tələb olunacaq.
Şəxsiyyət vəsiqəsi;
İş yerindən arayış;(Bizneslə məşqul olanlardan Biznesinə aid sənədlər)
Girov qoyacağınız evin sənədləri, forma 1 .
Həmçinin siz girovlu krediti iş yerindən arayışla deyil, biznesinizə əsasən də əldə edə bilərsiniz. Biznesə əsasən kredit götürdüyünüz zaman, bank sizin biznesinizin gəlir və xərclərini hesablayacaq. əgər bank biznesinizi kredit üçün uyğun görsə, o zaman sizə kredit ayıracaq.
Kredit götürdüyünüz zaman banka girov olaraq - daşınar və yaxud daşınmaz əmlak təqdim etməlisiniz . Lakin böyük məbləğdə kredit götürə bilməyiniz üçün banklar sizdən daşınmaz əmlak tələb edəcək. Təbii ki, banka kredit götürmək üçün təqdim etdiyiniz girov yəni, daşınmaz əmlak götürdüyünüz kreditinin məbləğini təmin edə biləcək səviyyədə olmalıdır.
Burada bir məsələdə da vardır ki, sizin banka girov qismində təqdim edəcəyiniz daşınmaz əmlak (yəni ev) bankın tələbləri ilə üst- üstə düşməlidir. Sizə, banka təqdim etdiyiniz evin maksimum 80 % nə qədər kredit ayıra bilər. Yəni evinizin qiymətin 100 000 manat kimi qiymələndirilərsə, sizə maksimal 80 000 manat kredit veriləcək. Bəzi bankların şərtlərindən asılı olaraq aşağı kredit də verilə bilər.
Ancaq girov qoyaraq kredit əldə etdiyiniz zaman bilməli olduğunuz bir məsələ də var ki, sizin evinizin 60 000 AZN məbləğində qiyməti olduğunu iddia etməniz bank üçün əsas göstərici deyil. Belə ki, bu məbləği bank əməkdaşı və qiymətləndirici ekspert də təsdiq etməlidir. Çünki bəzi hallarda müştərilər evin qiymətinin 60 000 AZN olduğunu bildirsələr də, ekspertin qiymətləndirməsindən sonra ortaya çıxır ki, evin əsl bazar qiyməti 48 000 AZN -dır.
Beləliklə də, bu qiymətləndirmə sizin almaq istədiyiniz kreditin məbləğinə təsir edir. Yəni, evinizi təqdim etdiyiniz zaman daha dəqiq məlumat verməklə, kredit alma prosesinin qısa müddətdə bitməsinə kömək etmiş olacaqsınız.
Milli.Az