Azərbaycan Türkiyə ilə birlikdə qumbaraatan və avtomat istehsal edəcək

21 Fevral 2011 16:36
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 müdafiə sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina-Kimya Sənayesi Qurumu (MKEK) arasında birgə istehsala dair müqavilə imzalanıb. APA-nın məlumatına görə, imzalanma mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və Türkiyənin milli müdafiə naziri Vəcdi Könül də iştirak edib. Müqaviləyə əsasən MKEK-lə birlikdə bu şirkətin texnologiyaları əsasında Azərbaycan müəssisələrində 40 mm çaplı revolver tipli qumbaraatanlar, onların döyüş sursatları və MP5 tipli avtomatlar istehsal ediləcək.

Müqavilə lazımi texnologiyaların Azərbaycana transferini də əhatə edir.

Milli.Az