Dünyaca məşhur model niyə arıqlamaq istəmir? – VİDEO - FOTO

22 Fevral 2011 09:18
Milli.Az xəbər portalı "Advertisment Journal"a istinadən bildirir ki, dünyanın ən məşhur fotomodellərindən biri, kolumbiyalı Sofiya Verqara "Pepsi Diet" içkisinin reklam kampaniyasının yeni "sima"sıdır.

Verqara "Pepsi Diet"in yeni dizyanlı qabının reklamı üçün fotosessiyaya çəkilib. "Pepsi" içkini "arıq" bankalarda istehsal edərək məhsulun aşağı kalorili olduğunu göstərməyə çalışıb.
"20 ildən bəri bu şirkətlə əməkdaşlıq etmişdim və ona görə də "Pepsi "nin təklifini dərhal qəbul etdim. Karyeram "Pepsi" reklamı ilə başlayıb. Üstəlik, bu içki çox xoşuma gəlir", - Verqara söyləyib.

Bununla belə o, kökəlməkdən qorxmadığını bildirib.

"Vanilli pirojna, şokoladlı tort.. Oğulm da, mən də bu təamlarnı çox sevirik. Soyuducumuzda həmişə şirniyyat olur. Bədən tərbiyəsi ilə fəal məşğul olduğumdan şirniyyat yeməkdən qorxmuram. Formamı da saxlamaq üçün pəhriz saxladım. Di gəl, pəhrizə iki həftədən artıq riayət edə bilmədimm. Məncə, qadın müəyyən yaşına çatandan sonra sifətində azacıq doluluq olmalıdır. Mən də arıq olmaq istəmirəm", - kolumbiyalı gözəlçə söyləyib.

Tural
Milli.Az