Daha Azərbaycanda uşaqlara “Traktor”, “Kombayn”, “Limonad” adları qoyulmayacaq
21 Fevral 2011 15:19
Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, siyahıdan çıxarılan adlar əsasən sovet dövründə qoyulan, səslənməsi pis, gülüş doğuran, Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmayan adlardır: "Təbii ki, indi heç kim övladına "Traktor", "Kombayn" kimi adlar qoymur. "Limonad", "Çalağan", "Oynağan" kimi adlar da insanda gülüş doğurur".
Komissiyanın sədr müavininin sözlərinə görə, Ədliyyə Nazirliyi vasitəsi ilə daxil olan adlar siyahısında 180 mindən çox ad saxlanılıb. Bu adlar nazirlik tərəfindən qəbul edildikdən sonra terminologiya komissiyasının nəzdindəki "Adlar və soyadlar" komissiyasının tövsiyəsi ilə vətəndaşların daha rahat istifadəsi üçün internetdə yerləşdiriləcək.
Milli.Az