Səidə Dadaşova haqqında şok iddia: "Həyat yoldaşımdan uşaq dünyaya gətirib" - VİDEO - FOTO

6 Noyabr 2015 11:01

Milli.Az xəbər verir ki, BİG.az-ın əməkdaşı ilə söhbət zamanı xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova haqqında xoşagəlməz faktlar açıqlanıb. Aysel adlı xanım əməkdaşla danışan zaman Məhəmməd bəyin hal-hazırda rəsmi olaraq həyat yoldaşı olduğunu bildirib. Xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunun sübutu olaraq redaksiyamıza nikah şəhadətnaməsini də yollayıb. Aysel xanım Səidə xanımla öz həyat yoldaşı Məhəmmədin saxta evlilik xəbərini internet saytlarından oxuyub, öyrənib. Aysel xanım bildirib ki, Məhəmməd bəy əvvəllər Səidə Dadaşovanın sürücüsü vəzifəsində işləyib:

- Səidə xanımın həyat yoldaşı ilə bağlı zəng eləmişdiniz...

- Səidə xanımın həyat yoldaşı deməyin, onun məşuqunun həyat yoldaşıyam.

- Üzr istəyirəm, Məhəmməd bəy Səidə xanımla evli deyil?

- Ürəyiniz nə vaxt istəsə, mən sizə nikah kağızımı, ailə fotolarımı yollayım. Lap Məhəmmədin öz bacılarını, kimi istəyirsiniz, gətirim, özünüz soruşun. Nikahlı həyat yoldaşımdan uşaq peydahlayıb. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Səidə yüngül həyat tərzi sürən qadındı. Mənim səviyyəmə yaraşmaz onun haqqında danışım. 

- Səidə xanımla siz də tanışsınız?

- Bəli, o mənim evimə gəlib. Süfrəmdə oturub, birgə çörək kəsmişik. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdır, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salarmı?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq həyata gətirər?! Düzdür, onlar üçün evli adamla əlaqə yaratmaq adi bir şeydir, amma mənə qəribə gəlir.

- Aysel xanım, siz Məhəmməd bəylə hal-hazırda evlisiniz?

- Bəli. Mənim həyat yoldaşım Məhəmməd səhərlər başqa işdə işləyir, axşamlar isə kafe işlədir. O mənə deyirdi ki, kafedə qalır. Son bir ayda... Son bir aya kimi də birlikdə yaşayırdıq. Axırıncı dəfə o, Səidə ilə çox pis dalaşmışdı və mən də bilirdim ki, onlar ayrılıblar. Deyirdilər, bəlkə, yenə Səidə ilə bir yerdə qalır. Deyirdim, yox, ola bilməz, ağlıma da gəlmirdi. Dünən xəbər saytlarından oxuyuram ki, mənim həyat yoldaşımdan uşaq doğub o insan. 

- Bəs yeni doğulan uşaq barədə həyat yoldaşınızla danışmısınız?

- Bəli. O dedi ki, uşaq onluq deyil. Sonra dedi ki, Səidənin şoferidir. Dedim, nə oldu, kafe işlədirdin, yenə onun sürücüsü işləyirsən?! Hər birimiz sosial şəbəkədən istifadə edirik. Uşağım ikinci sinfə gedir. Hər kəs görüb o fotoları, xəbərləri, mənə zəng edir, soruşur ki, bu nə məsələdir. Qalmışam, kimə nə cavab verim. Ancaq sonra Məhəmməd etiraf etdi ki, Səidənin övladı ondandır. 

- Siz hal-hazırda rəsmi evlisiniz, düzdür?

- Hə, evliyik, əlbəttə. Bu gün istədim gedim, boşanmaq üçün müraciət edim, amma dayandım. Çünki hirsli başda ağıl olmur. Həm də ki, Səidə əri olmaya-olmaya deyir ki, o mənim ərimdir, amma mən deyə bilmirəm?! 

- Siz neçə ildir Məhəmməd bəylə evlisiniz?

- On bir ildir...

- Neçə uşağınız var?

- İki oğlum var. Birinin 5 yaşı var, birinin isə 8.

- Məhəmməd bəy nə vaxtdır evə gəlmir?

- Son bir aydır. Ondan əvvəl aramız çox yaxşı idi.

- Sizin özünüzün neçə yaşınız var?

- 28.

- Bəs Məhəmməd bəyin?

- 34 yaşı var.

- Məhəmməd bəyin anası, bacıları sağdırmı?

- Hə, sağdırlar. Məhəmmədin bacısı deyir ki, Səidəni harada tutsam, yolacam. Anası isə infarkt keçirib elə bil. Nə dinir, nə danışır, arvad şoka düşüb. Səidə ailəmizi məhv elədi. Səidəni tanımayana kimi hər şey yaxşı idi. Kişi idi, səhv eləmişdi, əlaqə olmuşdu və mən də birinci dəfə bunu bilmişdim, onu bağışlamışdım. 

- Məhəmməd bəy peşman olub gəlsə, sizinlə danışsa, bağışlayarsız?

- Xeyr, mənim qürurumla heç kəs oynaya bilməz. Əgər Məhəmməd gəlib desəydi ki, Səidəni sevir, ayrılmaq istəyir, mən onu anlayardım. İnsandır, mən anlayardım. İnsan sevə də, ayrıla da, boşana da bilər. Heç kəs heç nədən sığortalanmayıb. İki balamın canına and olsun, dünən restoranda bacımla oturmuşduq, çörək yeyirdik. Xəbəri oxudum, amma şəkilləri görməmişdim. Dedim, görəsən bunu kim alıb, özünə arvad edib? Xəbəri açıb, şəkli görəndə tikə boğazımda qaldı. Restorandan evə necə gəlmişəm, qaynatamgilə necə getmişəm, heç özüm də bilmirəm.
 

Milli.Az