Azərbaycanla Türkiyə arasında reaktiv raketlərin birgə istehsalına dair müqavilə imzalanıb
21 Fevral 2011 12:52
APA-nın məlumatına görə, müqaviləni Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və Türkiyənin müdafiə naziri Vəcdi Könül Abu-Dabidə keçirilən "İDEX-2011" beynəlxalq müdafiə sərgisi çərçivəsində bu gün imzalayıblar.
Müqaviləyə əsasən, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin "ROKETSAN" şirkəti birgə 107 və 120 mm-lik reaktiv raketlər istehsal edəcək.
Milli.Az