Banka silahlı basqın 40 nəfərin ölümü ilə nəticələndi
20 Fevral 2011 18:46
Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, Əfqanıstanın ən iri kommersiya bankı olan "Kabul Bank"a silahlı basqın olub. Yeddi silahlı, həmçinin 3 terrorçu-kamikadzenin müəssisəyə hücumu nəticəsində polis əməkdaşları da daxil olmaqla 40 nəfərin ölümü ilə nəticələnib.
İnsident bankda təhlükəsizlik qüvvələri əməkdaşlarının əməkhaqqı aldıqları zaman baş verib. Verilən məlumatlara görə, banka daxil olan silahlılar əvvəlcə orada olanlara bankı tərk etməyi əmr etsələr də, sonra onlara, təhlükəsizlik qüvvələrinə və kassa işçilərinə atəş açmağa başlayıblar. Hadisə yerinə gələn xarici hərbçilər ərazini mühasirəyə alıblar. Məqsəd sağ qalan silahlıların ərazini tərk etməsinin qarşısını almaq olub.
Artıq "Taliban" hərəkatı baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Prezident Həmid Kərzayi isə hadisəni pisləyib.
Qeyd edək ki, hadisə vaxtı Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı da həlak olub. Nanqarxar Qubernatorluğunun mətbuat katibi Əhməd Abdullanın sözlərinə görə, yaralananlar arasında əyalətin daxili işlər idarəsinin rəisi Əmir Xan Leval da var.
Milli.Az