“Qəbələ” – “Kəpəz” oyunu sabah oynanacaq

31 Oktyabr 2015 20:21

Azərbaycan Premyer Liqasının XI turunun "Qəbələ" - "Kəpəz" oyunu yarımçıq dayandırılıb. Milli.Az apasport.az-a istinadən bildirir ki, buna hava şəraiti səbəb olub.
 
Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.
 
Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.
Milli.Az