Bankda terror nəticəsində ölənlərin sayı 40-a çatıb

20 Fevral 2011 13:49
Əfqanıstanın ən böyük bankı olan "Kabul bank" kommersiya bankının Cəlalabad şəhərində yerləşən bölməsinə edilmiş terror hücumunun qurbanlarının sayı 40-da çatıb.

APA-nın məlumatına görə, bu barədə Cəlalabad mülki hospitalının direktoru Saif ur-Rəhman İbrahimxəlil bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 73 nəfərdir.

Qeyd edək ki, fevralın 19-da 7 silahlı terrorçu-kamikadze "Kabul bank"ın Cəlalabad şəhərinin "Muhaberet" meydanında yerləşən bölməsində partlayış törədib. Partlayış güc strukturlarının əməkdaşları və dövlət qulluqçuları bankdan əməkhaqqı alarkən törədilib.

İki terrorçu özünü binanın girişində parladıb, beşi isə içəri daxil olaraq müştərilərə və bank əməkdaşlarına atəş açmağa başlayıb.

Hadisə yerinə gələn polis qüvvələri binanın içərisinə daxil olaraq terrorçuları zərərsizləşdirmək istədikdə küçəyə çıxmağa imkan tapmayanlar atəş altında qalıblar.

Milli.Az