Avtomobil barədə oktyabrın ilk həftəsi sizə xəbər vermişdik, lakin Tokyo Motor Show-2015 avtosalonunda ən gücülü 4-Series barədə əlavə məlumatlar açıqlandı.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, M4 GTS - artıq ən sürətli ikiqapılı BMW belə adlanır. Avtomobili əfsanəvi M3 modelinin yubileyinə hazırlayıblar. Buna görə də, M4 GTS buraxılışı növbəti ilin yazına planlaşdırılıb və 146 000 avro qiymətiylə BMW-nin ən bahalı seriyalı avtobili sayılır. Bu adi M4 modelindən təxminən iki dəfə çoxdur (Almaniyada 72 500 avro). Təəccüblü deyil ki, əvvəla bu avtomobildən cəmi 700 ədəd hazırlanacaq (300 ədəd ABŞ-a göndəriləcək), ikinci isə, güclü BMW kupesində ilk dəfə olaraq kollektora su çiləmə sistemi tətbiq edilib.
Formal olaraq bu sistem Moto GP moto yarışlarındakı BMW M4 təhlükəsizlik avtomobilində debüt edib, lakin seriya olaraq məhz M4 GTS-də tətbiq olunub.
Təkminləşən altı silindrli tvin-turbo mühərriki artıq 500 a.g. və 600 Nm fırlanma anı hasil edir (adi M4 modelində 431 a.g. 550 Nm) və su çiləmə sistemi (yanacağın yanma prosesinin optimallaşdırılması və mühərrikin effektliyinin artırılması üçün) ilə təchiz edilib. Bundan əlavə launch control da yenidən tənzimlənib. BMW sportkarı ilk yüzlüyü 3,8 saniyəyə əldə edir, maksimal sürət isə 305 km/saata kimi artırılıb.
Kupe həmçinin, arxa oturacaqlardan imtina etməsi, aluminium, titan və karbondan daha çox istifadə etməsilə 80 kq daha az çıəkiyə (1510 kq) sahib olub.
Bütün bunlarla yanaşı BMW M4 GTS, tənzimlənən karbon splitter və diffuzor, möhtəşəm OLED arxa optika, karbon-keramik əyləc və Michelin Pilot Super Cup 2 şinləri əldə edib. Bu da son deyil - bura idman sükanı, yarış kürsüləri, təhlükəsizlik çərçivəsi, altı dişli təhlükəsizlik kəməri və yanğınsöndürmə sistemini əlavə etmək lazımdır.
Milli.Az