23:00
"İspaniyanın "İnditex" qrupunun tərkibindəki "Massmio Dutti"nin Ahzərbaycanda riteyleri kimi fəaliyyət göstəririk və şirkətlə rəsmi əlaqələrimiz var".
Milli.Az bildirir ki, "Massimo Dutti"nin də daxil olduğu "İnditex"in Azərbaycandakı təmsilçisi "Retail Group Hodling"dan əməkdaşımıza verilən açıqlamada belə deyildi.
"Bakıda fəaliyyət göstərən "Massimo Dutti" mağazalarının hamısının ünvanları brendin rəsmi saytında "Dükanlar" bölməsində göstərilib. Bundan başqa, satdığımız məhsulları bilavasitə İspaniyadan alırıq və onlar brendin ən son kolleksiyasalarından ibarətdir. Bununla bağlı bütün məlumatları, o cümlədən "İnditex" və bizim aramızda mal alışı müqaviləsi, royalti müqavilə, malların yük-gömrük bəyannamələri və s.-ni təqdim etməyə hazırıq. Azad mətbuata böyük hörmətlə yanaşırıq, lakin bizim heç bir əsas olmadan şərlənməmizə qarşı çıxırıq", - şirkətdən verilən açıqlamada bildirildi.
16:06
Bakıda dünyanın ən məşhur brendlərinin, "lüks" kateqoriyalı moda evlərinin butikləri, firma dükanları və ya diler satış məntəqələri var.
Lakin bütün bunlarla yanaşı, özlərini həmin brendlərin "butik"ləri kimi təqdim edən, lakin sözügedən brendin ticari nişanından ən yaxşı halda sərbəst riteyler kimi istifadə edənlər də az deyil.
Milli.Az bildirir ki, Bakıda adı olub, özü rəsmən təmsil edilməmiş brendlərdən biri də "Massimo Dutti"dir. İspaniyanın "İnditex" şirkətlər qrupuna daxil olan bu brend dünyanın ən zəngin adamı, varidatını "Zara" brendi ilə qazanmış Amansio Orteqaya məxsusdur.
1985-ci ildə yaradılmış "Massimo Dutti", əsasən, kişilər üçün geyim və aksessuar istehsalı ilə məşğul olsa da, son illərdə qadınlar üçün kolleksiyaları ilə də məşhurlaşıb.
"Massimo Dutti" adından Bakıda istifadə edən və özlərini "butik" kimi qələmə verən dükanlar tək-tük deyil. Amma onların heç birinin İspaniya brendi ilə rəsmi əlaqəsi yoxdur.
Bakıda bu brend adı ilə satılan geyimlər ən yaxşı halda "Massimo Dutti"nin Gürcüstan, Türkiyə və ya Rusiyadakı butiklərindən alınır, elə bu səbəbdən də sonradan minimum 60 faiz baha qiymətə satılır.
Orxan Hun
Milli.Az