Monika Beluççi: 51 yaşı olsa da... - FOTO

26 Oktyabr 2015 12:51

Məşhur italyan aktrisa, 51 yaşlı Monika Beluççi, sanki, yaşına və zamana meydan oxuyur.
Milli.Az TMZ-yə istinadən bildirir ki, o, agent Ceyms Bondun yeni macəralarından bəhs edən "007:Spectre" filminin qala premyerasında müxtəlif illərdə "Bondun qadını" rolunda filmlərə çəkilmiş aktrisalarla yanaşı durub.

Monika Beluççi yaşca özündən xeyli kiçik Lia SeyduNaomi Harrisin yanında əsla yaşlı qadın təsiri bağışlamayıb.
Onlar "United Airlines" aviaşirkətinin "Rhapsody Magazine" jurnalı üçün fotosessiyaya da çəkiliblər.

Milli.Az