"Bavariya"nın növbəti bəxtsizi

24 Oktyabr 2015 13:02

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi uzun müddətdən sonra məşqlərə başlamışdı.

Goal.az xəbər verir ki, fransız futbolçu 7 aydan sonra fiziki hazırlıq üzrə məşqçinin nəzarətində fərdi qaydada hazırlıq keçirdi. Ancaq təcrübəli oyunçudan bəd xəbər gəlib. Yaxın vaxtlarda ümumi qrupda məşqlərə qoşulacağı gözlənildiyi halda, Riberi yenidən topuğundan zədələnib. O, 17 dəqiqə sonra məşqi dayandırıb. Müayinənin ardından futbolçunun vəziyyəti ilə bağlı məlumat veriləcək. Riberi ötən mövsüm mart ayında Çempionlar Liqasının qrup mərhələsinin 1/8 finalında "Şaxtyor"a qarşı (7:0) cavab qarşılaşmasında zədələnmişdi.

Milli.Az