"Zolaqlı" tort - FOTO

3 Noyabr 2015 07:00

Milli.Az bişirilməyən "Zolaqlı" tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

300 q şokoladlı peçenye
360 q kəsmik
150 q şəkər tozu
300-400 q xama
20 q jelatin 
1 plitka şokolad

20 q jelatini 50 ml soyuq suda isladın. 40 dəqiqə saxlayın. 

Kəsmiyi qaşıqla əzin, xama və şəkər tozu əlavə edib mikserlə çalın. Buraya şişmiş jelatini əlavə edin. Eynicinsli kütlə alınanadək mikserlə çalın. 

Formanın içinə və divarlarına folqa döşəyin. Dibinə şokoladlı peçenyeləri düzün. 
Üzərinə qaşıqla kəsmikli qarışıqdan qoyun, yayın. Sonra yenə peçenyeləri düzüb kəsmikli qarışıq çəkin. 4+4 belə lay hazırlayın. 
Soyuducuda 2-3 saat, ən yaxşısı- bir gecə saxlayın. Hazır tortu boşqaba tərs çevirib folqanı çıxarın, üzərinə əridilmiş şokolad  gəzdirin.

Nuş olsun! 

Milli.Az