Bakıda cəhənnəm əzabı yaşadılan qadınla bağlı prokurorluq araşdırmaya başlayıb

23 Oktyabr 2015 17:46

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına müvafiq olaraq Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə davam etdirilir.

Bunu Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi.

Onun sözlərinə görə, iş üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərar qəbul ediləcək.

Milli.Az