AZAL-da ucuz bileti haradan almaq olar?

23 Oktyabr 2015 11:24

"Terminal 2"dən loukost biletləri əldə etmək mümkündür.

APA-nın xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

"Biz hər kəsə demişik, terminal 2-dən həmin uçuşlar gedir, sərnişinlər oradan biletləri əldə ediblər. Kim ki loukost qiymətli biletləri daha tez almaq istəyir, bir ay qabaqcadan gəlib biletləri əldə edir. Hər kəs yolunu bilirsə, vaxtında alır", - deyə A. Məmmədov bildirib.

Qeyd edək ki, bundan əvvəl loukost biletlərin az olduğu və bu biletləri almağın mümkün olmaması ilə bağlı narazılıqlar var idi.

Milli.Az