Salyan rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi
18 Fevral 2011 18:19
Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısının Sərəncamı ilə Tahir Abuzər oğlu Kərimov Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər Sərəncamı ilə Tahir Abuzər oğlu Kərimov Salyan rayon İH-nin başçısı təyin edilib.
Qeyd edək ki, Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əliağa Hüseynov 7 noyabr 2010-cu il parlament seçkilərində Milli Məclisə üzv seçilib.
Milli.Az