"Ceyms Bond"la "qızları" bir arada - FOTO

22 Oktyabr 2015 23:02

"Ceyms Bond" seriyasının "007:Spektr" filminin ulduzları - Monika Belluççi, Lea Seydu və Deniel Kreyq bir araya gəliblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "qızlarını" ətrafına toplayan "Ceyms Bond" bu dəfə klassik üslubda geyinməsə də, öz eleqantlığı ilə diqqət çəkib. 

Monika Belluççi gecəyə ipək köynək və enli, boz şalvar geyinib. 

30 yaşlı Lea isə kostyum seçimi edib. 

Qeyd edək ki, gecədə filmin digər ulduzları da iştirak ediblər.
Milli.Az