Azərbaycanda Sərhəd Qoşunları üçün yeni aerodrom tikilir

18 Fevral 2011 13:49
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Beyləqan rayonunda aerodrom üçün müvafiq sahə seçilib və geoloji tədqiqat işləri aparılıb. Müasir avadanlıqlarla təchiz ediləcək aerodromdan kiçik təyyarələr və helikopterlər istifadə edə biləcək.

Qeyd edək ki, Səngəçal qəsəbəsində Sərhəd Qoşunlarının aerodromu var.

Milli.Az