Xalq artisti İlhamə Quliyeva küsülü həmkarı Flora Kərimovaya barışıq jesti edib.
Publika.az xəbər verir ki, primadonna ANS-in efirində ad çəkməsə də, xalq artisti Flora Kərimovanın sənətkarlığını yüksək qiymətləndirdiyini etiraf edib:
"Dünyasını dəyişən korifeylərimizlə yanaşı, yaşayan sənətkarlarımız da var. Onunla münasibətim olmasa da, sənətkardır".
Aparıcının "Flora Kərimovanın mahnılarını dinləyirsinizmi?" sualına isə primadonna belə cavab verib:
"Onun bir mahnısı var - "Harada bir it varsa, gəlib qapar məni" - onu dinləyirəm. Xoşuma gəlir".
Milli.Az