Yeni din? "Fransız İslamı" yaradılır

18 Fevral 2011 16:46
Milli.Az xəbər portalı "Le Figaro"ya istinadən bildirir ki, Fransada iqtidarda olan UMP ("Xalq Hərəkatı İttifaqı") Partiyası aprelin 5-də cəmiyyətdə dinin yeri və rolu ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.

Müşahidəçilər hesab edirlər ki, Fransa prezidenti Nikolya Sarkozi ölkədəki ultramillətçilər və faşistlərə İslama qarşı hücumlara keçməyə imkan verməyərək, müsəlmanların cəmiyyətdəki rolu və çəkisinin məhdudlaşdırılması ilə konkret tədbirlərə əl ataraq millətçiləri kart-blanşdan məhşrum etmək niyyətindədir.

"1980-ci ildə mühacirət məsələlərində korluğumuza görə indi çox baha qiymət ödəyirik. O vaxt İslam mövzusuna toxunulmurdu. İndi isə kütləvi informasiya vasitələrində yazılanlar və deyilənlərlə fransızların gerçək narahatlıqları arasındakı böyük fərqi görürük. Dünənki irqçilər bugünkü populistlərə keçiriliblər. Siyasətçilərimiz və parlament bu məsələ ilə məşğul olmalıdır", - Fransa prezidenti Nikolya Sarkozi UMP-dən olan deputat və senatorlarla Yelisey Sarayındakı görüşdə deyib.

Atası macar olan Sarkozinin dediyinə görə o, "Fransız İslam"ını görmək istəmir.
"İslama tətbiq etdiyimiz məhdudiyyətlər nədir? Fransa cəmiyyəti İslama imtiyazlar verə bilməz. Dünyəvi cəmiyyətdə yaşayırıq və belə cəmiyyətdə ibadətə heç bir çağırış ola bilməz. Dinin cəmiyyətdəki yeri barədə ideoloji qaydalar qəbul etməliyik", - Sarkozi deyib.

Tural
Milli.Az