Nəqliyyat naziri Ziya Məmmədov məzuniyyətdən sonra artıq işə çıxıb və hazırda kabinetində iş başındadır.
Milli.Az bildirir ki, bu məlumat qafqazinfo-ya "Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz toplantı keçirilir" xəbəri yayıldıqdan sonra verilib.
NN-dən verilən xəbərdə bildirilir ki, həqiqətən də, bu gün nazirlikdə toplantı keçirilib:
"Amma bu toplantıya Ziya Məmmədov sədrlik edib. Nazirin iş qrafiki də artıq bəllidir və o, növbəti həftədən başlayaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcək".
Milli.Az