Bakıdakı “Ramstore” mağazaları 14 milyon dollara satıldı
18 Fevral 2011 10:34
Bu barədə məlumatı CNN Türk telekanalı yayıb. "Migros" şirkətinin yazılı açıqlamasına cörə, Azərbaycandakı hər üç mağazanın Dubayda yerləşən şirkətə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb. Türkiyə şirkəti razılaşdırılmış məbləğin 250 min dollarını qabaqcadan, qalan hissəsini isə hissə-hissə alacaq.
Qeyd edək ki, Azərbaycan ilk "Ramstore" mağazası
1996-cı ilin aprelində açılıb.
1995-ci ilin oktyabr ayında Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət olaraq qurulan "Ramstore" şirkəti 1999-cu ilin yanvar ayından 2007-ci ilin noyabr ayina gədər Qapalı Tipli Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərib, bu tarixdən etibarən yenidən öz təşkilati-hüquqi şəklini dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib. "Ramstore" MMC-nin nizamnamə kapitalı 15 milyon dollardır. Şirkətin Bakıda fəaliyyət göstərən 3 supermarketi və bir anbar təsərrüfatı mövcuddur. "Ramstore" MMC-də 100 nəfər işləyir. "Ramsore" mağazalarından alış-veriş edən gündəlik müştəri sayı 3000 nəfərə yaxındır.
Milli.Az