Bakı-Gəncə avtobusunda ''razborka'': ''O işığı söndürün'' - VİDEO

17 Oktyabr 2015 11:31

Bu gecə Bakı-Gəncə sərnişin avtobusunda xoşagəlməz hal yaşanıb.

Milli.Az xəbər verir ki, sərnişinlərin criminal.az-a verdiyi məlumata görə, sərnişinlər avtobus sürücüsü arasında salonun işığının yandırılmaması üstündə mübahisə yaranıb.

Sərnişin bildirir ki, ''Tatoğlu'' şirkətinə məxsus avtobusda sərnişinlərə hörmətsizlik edilir: ''Avtobusun bütün salonunun işığı söndürülür. Avtobus zülmətə qərq olub. Kitab oxumaq istəsəm də, qaranlıqda mümkün olmayıb. Sürücüyə oturacağım üçün nəzərdə tutulan lampanın yandırılmasını desəm də, etiraz edib. Əsaslandırmağa çalışdı ki, guya avtobusun bütün işıqları yanacaq. Sonra dedi ki, işıq mane olur. Əslində isə sürücünün məqsədi avtobusun salonunu qaranlıq etməklə qanunsuz sərnişin daşımasını gizlətmək olub''.

Sürücü ilə problemi həll edə bilməyən sərnişin kitabı telefon işığında oxumaq məcburiyyətində qalıb.

Sərnişin avtobusdakı mənzərəni videoya çəkib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото