Yolda faciə: beton maşını 3 qadını öldürdü - VİDEO - FOTO

17 Oktyabr 2015 10:25

Yüksək sürətlə hərəkət edən betonqarışdıran avtomobil döngəni normal dönməyib. Sürücü avtomobilin yana əyilməsinin qarşısını ala bilməyib. Maşın əyilib və yolun yan hərəkət cərgəsindəki minik avtomobilinin üstünə düşüb.

Milli.Az AsiaOne-na istinadən bildirir ki, faciə Cənubi Koreyanın Seosan şəhərində yaşanıb. Betonqarışdıran maşının əyilib yerə düşməsi nəticəsində 3 nəfər həlak olub.
Polisdən verilən məlumata görə, minik avtomobilinin sükanı arxasında olan qadın və maşındakı iki qadın sərnişin hadisə yerindəcə keçiniblər.
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото