Nizami Kino Mərkəzinin ekranında yeni türk filmi "Aşk nerede?" - FOTO

15 Oktyabr 2015 13:02

Oktyabrın 15-dən etibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan "Qırmızı pik" və AF Media-Azərbaycan şirkətinin təqdim etdiyi Türkiyənin "Aşk nerede?" filmlərinin nümayişi başlanıb.

Ssenari müəllifi və rejissor Gilyermo Del Toronun ekranlaşdırdığı "Qırmızı pik" filmi dəhşət, fentezi, triller, dram, melodrama və detektiv janrındadır. Filmin yaş həddi:16+

Şəhər üzərində yüksələn ev hamını vahimələndirir. Qış qəldikdə ev qırmızı qan rəngli qara boyanır. Deyirlər, bu, evin qırmızı lildən olmasından irəli gəlir. Buna baxmayaraq, heç kim risk edib o evin həndəvərinə getmir, təkcə ondan başqa. Çünki o, qədim divarlar arxasında bacısı ilə yaşayan sirli insana aşiqdir.

Qırmızı pik ayılıb və artıq yatmayacaq...

Filmdəki obrazları Mia Vasikovska, Cessika Çesteyn, Tom Xiddlston, Çarli Xannem, Cim Bivver, Bern Qorman, Lesli Xoup, Daq Cons, Conatan Xayd, Bryus Qrey və başqaları canlandırıblar.

Ssenari müəllifi və rejissor Semra Dündarın çəkdiyi "Aşk nerede?" filmi romantik komediya janrındadır.

Film, cəmiyyətdə özəl yeri olan və özünə uyğun biri ilə ailə qurmaq istəyən qızdan bəhs edir. Lakin bu heç də belə olmur. O, gənc və yaraşıqlı taksi sürücüsünə aşiq olur...

Müsbət emosiya bəxş edən bu film komediyanı sevən tamaşaçıların zövqünü oxşayacaq.

Baş rollara Ayça Erturan ve Faik Ergin, digər rollara Eylül Öztürk, Oya Aydoğan, Kadir Çöpdemir, Doğancan Özadlı, Mustafa Şen, Leyla Üner Ermaya, Selahattin Taşdöğen, Kemal Öğün ve Gönül Dostu Şener çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)