Pepsi smartfon istehsal edəcək

13 Oktyabr 2015 22:25

Pepsi şirkətinin Çin bölməsi Pepsi P1 adlanan smartfon təqdim edəcək.  

Oktyabrın 20-də Pekində təqdim ediləcək yeni qurğu Full HD (1080p) formatlı 5,5 düymlü displey, 1,7 GHs takt tezlikli MT6592 prosessor, 2 giqabayt tutumlu operativ yaddaş, 16 giqabaytlıq daxili yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyator, 13 meqapikselli arxa, 5 meqapikselli ön kamera ilə təchiz ediləcək və Android 5.1 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Smartfonun qiyməti 1299 yuan (200 dollar) təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ağ rəngdə olacaq qurğunun arxa panelində Pepsi loqotipi yer alacaq. Çin bazarı üçün nəzərdə tutulan smartfonun digər ölkə bazarlarına çıxarılması barədə hələ ki məlumat verilmir. 
Milli.Az