Küçədəki lüt qadınlar: "Mer bizə sataşmasın..." - FOTO

12 Oktyabr 2015 14:55

Nyu-Yorkun Times Square meydanı hər il milyonlarla turistin axın etdiyi məkandır. Bu məkanda maskot formasında dolaşaraq pul qazananlarla yanaşı, çılpaq və yarıçılpaq qadınlar da az deyil.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, turistlər həmin qadınlarla fotolar çəkdirir, müqabilində 10-20 dollar məbləğində pullar verirlər.

Nyu-York sakinləri belə qadınların meydanda dolaşmasını abırsızlıq və yolverilməz olay sayaraq merə şikayətləniblər.

Soyunub pul qazanan qadınlar fəaliyyətlərinin qanun çərçivəsində olduğunu, meydanı tərk etməyəcəklərini deyiblər.

"Mer bizim işimizi yasaqlamaq istəyir? Bizə sataşmasın. Hüquqlarımızı əla bilirik və meriyanı da məhkəməyə verib milyonlarla dollarlıq təzminat alarıq", - Times Square-dəki qadınlardan biri, 29 yaşlı Sara Nikol deyib.

Meydanda çalışanların həmkarlar təşkilatı sayılan "Times Square Alliance"ın prezidenti Tim Topkins də çılpaq və yarıçılpaq qadınların fəaliyyətindən razı deyil.

"Məsələ onların çılpaqlığında deyil. Meydanda sıxlıqdır, turistlər arasında dindarlar, mühafizəkarlar, uşaqlar var. Çılpaq qadınlar isə belə insanları qıcıqlandırırlar. Biz bu qadınlar üçün xüsusi yer ayırmağa, onların fəaliyyətini məhz orada təmin etməyə hazırıq. Başqa problem isə çılpaq qadınların turistlərlə aqressiv davranmasıdır. Həmin qadınlardan birinin yaşlı turisti "pulu az verdiyinə görə" vurduğunun şahidi olmuşam", - T.Topkins deyib.

Milli.Az