Gözəllik sıyığı

16 Oktyabr 2015 07:00

Milli.Az fransızların "tənbəl yulaf", yaxud "gözəllik sıyığı" adı verdikləri səhər yeməyinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

yulaf lopası
bal
süd, yaxud yoqurt, qatıq
meyvə 
quru meyvə 
zövqə görə - darçın, vanil, muskat və s. 
qoz-fındıq 

Ərzağın qədərini damaq dadınıza görə müəyyənləşdirə bilərsiniz. Məsələn: 

2 x.q. yulaf lopası
1 ovuc giləmeyvə (dondurulmuş da olar)
3 x.q. yoqurt
3 x.q. süd
1 x.q. bal
Yulaf lopasını süd və yoqurtla qarışdırın, bal və giləmeyvəni əlavə edin. Meyvəni (alma, banan və s.), quru meyvəni (ərik, kişmiş, gavalı, əncir və s.), qoz-fındığı doğrayıb, xırdalayıb əlavə edin.  
Bunu axşamdan hazırlayıb bir yerə qatın, bankaya yığın. Səhəri gün yeyin. Mikrodalğalı sobada qızdıra da bilərsiniz.

Nuş olsun! 

Milli.Az