Sosial şəbəkələrdə paytaxt Bakıda çəkilən bahalı maşınların fotoları paylaşılıb.
Milli.Az-ın baku.ws-ə istinadən məlumatına görə, son model avtomobillər arasında "Ferrari", BMW, "Mercedes", "Porshe" kimi prestijli markalar var. Bakı küçələrində görməyə öyrəşmədiyimiz bu maşınların qiyməti yüz minlərlə ölçülür.
Fotoqraf Əflatun Əfəndiyevin çəkdiyi fotolar sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Bakı küçələrindəki bahalı avtomobillərin fotolarını təqdim edir.
Milli.Az xəbər verir ki, dəyəri 100 minlərlə ölçülən maşınların əksəriyyətinin sahiblərinin məmur övladları olduqları iddia edilir.
Milli.Az