Şəhid anası: "Oğlumun qisasını onun adını daşıyan nəvəm alacaq" - FOTO

10 Oktyabr 2015 19:46

2014-cü ilin oktyabrın 9-da qoşunların təmas xəttinin Ağdam rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı kiçik çavuş Tural Əhmədovun bu gün anım mərasimi keçirilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, anım mərasimi şəhidin ailəsinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsində keçirilib.
 
Anəm mərasimində müdafiə naziri Zakir Həsənovun sərəncamı ilə "Xidmətdə fərqlənməyə görə" III dərəcəli medal onun ailəsinə təqdim olunub.
 
Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani medalı şəhidin 7 aylıq oğlu Tural Əhmədovun sinəsinə sancıb.
 
Tədbirdə Müdafiz Nazirliyinin yüksək rütbəli hərbçiləri, rayon rəsmiiləri və ictimaiyyəti iştirak ediblər.
 
Şəhidin anası Kifayət Əhmədova APA-ya bildirib ki, oğlu ailə həyatı qurandan 9 ay sonra ölüb: "Oğlumun ölümündən sonra dünyaya gələn nəvəmə atasının adını qoydum. İnanıram ki, oğlum Turalın qisası alınacaq. Nəvəm Tural məni işğal altında olan Qiyaslı kəndinə aparacaq"
Milli.Az