"Qız atası"nı işdən çıxardılar: "Hansınızı ağlayım?" - VİDEO

10 Oktyabr 2015 14:46

Tanınmış simaların yer aldığı "Qız atası" serialı artıq ikinci mövsümünə start verib. Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov və Tərlan Nur Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, quruluşçu rejissoru isə Ramin Hacıyevdir.

Dörd qızını ərə verən Vidadi (Teymur Məmmədov) və Nəzakətin (Mətanət Əliverdiyevanın) hər həftə başlarına gələn maraqlı, gülməli və qeyri-adi vəziyyətləri görmək istəyirsinizsə, onda hər həftənin şənbə günü ATV-nin efirində, saat 21:30-da nümayiş olunan "Qız atası" serialına baxmağı unutmayın.

Qeyd edək ki onlardan əlavə, serialda bir çox tanınmış aparıcılar - Nərgiz Məmmədova, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyli, aktyorlar Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Axşam və müğənni Coşqun Viləş də rol alıblar.

Milli.Az