Abu-Dabidə 71 adda silah və hərbi texnika göstərəcəyik
16 Fevral 2011 22:13
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq.
Bu barədə məlumatı AZADİNFORM-a Müdafiə Sənayesi Nazirliyindən (MSN) veriblər.
Səfərdə məqsəd Abu-Dabi şəhərində keçiriləcək "İDEX-2011" Beynəlxalq Müdafiə Sərgisində və konfransında iştirak etməkdir.
Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı, Yaxın Şərqdə və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab edilən "İDEX-2011" sərgisində MSN-nin müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxildir.
Sərgi zamanı nazir Y.Camalovun BƏƏ-nin bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.
Milli.Az