Tavada qatılaşdırılmış südlə tort - FOTO

10 Oktyabr 2015 07:00

Milli.Az tavada qatılaşdırılmış südlə tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi (10-12 pay): 

korjlar üçün: 
600 q un 
1 banka qatılaşdırılmış süd
1 yumurta
1 ç.q. söndürülmüş soda, yaxud qabartma tozu

krem:
750 ml süd 
200 q kərə yağı
300 q şəkər tozu
2 yumurta
5 x.q. un
vanilli şəkər 

əlavə:

0,5 st. qoz, yaxud araxis

Dərin qaba qatılaşdırılmış südü tökün, yumurta, ələnmiş un və qabartma tozunu əlavə edin. Ələ yapışmayan, elastik xəmir yoğurun. 
Xəmiri 8 bərabər hissəyə bölün. Hər birini 26-27 sm diametrində yayın. 
Quru tavada hər iki üzü qızılı rəng alanadək bişirin. Korjlar tez bişir. Hazır korjları soyudun, kənarlarını hamarlayın (ovuntuqlar tortun üzərinə səpiləcək). 
Bişmiş krem: qazana süd tökün, yumurta, şəkər tozu, vanilli şəkər və un əlavə edin. Qarışdırıb ocağın üstünə qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 5 dəqiqə. Sonra ocaqdan götürün, yağ əlavə edib mikserin aşağı sürətində çalın. 
Korjların arasına isti krem çəkməklə  üst-üstə düzün. 
Ovuntuqları bir az da xırdalayın, xırdalanmış qozla (araxislə) qarışdırın. Tortun üzərinə krem çəkib, bu qarışığı səpin. 
Tortu bir gecə soyuducuda saxlayın. 

Nuş olsun! 

Milli.Az