«Britş Awards» yeni sahiblərinə qovuşdu – FOTOSESSİYA

16 Fevral 2011 12:06
Milli.Az xəbər portalının "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, ilin ən yaxşı albomu "Mumford&Sons" folklor qrupunun "Sigh No More" albomu seçilib. Ən yaxşı kişi ifaçı adını Plan B (Benjamin Pol Belans Dryu), qadın ifaçı adını isə folklor rok ifaçısı Lora Marlinq qazanıb.
Britaniyanın ən yaxşı musiqi qrupu "Take That" elan olunub. Reper Tinie Tempah 4 nominasiyada namizəd olsa da, onlardan 2-ni qazana bilib. "İnkişaf" və "ən yaxşı sinql" nominasiyalarında məhz 22 yaşlı reper hamını üstələyib.
Kanadanın "Arcade Fire" qrupu "Ən yaxşı əcnəbi qrup" və "Ən yaxşı xarici albom" nominasiyalarında üstün olub.
Qeyd edək ki, təqdimetmə dünən axşam Londonda ulduzların iştirakı ilə keçirilib.

Milli.Az

















































































Foto "The Daily Mail"