Müğənni İradə İbrahimova ailədən bəhs edib.
Milli.Az gecce.az-a istinadən bildirir ki, ifaçı virtual tanış olub ailə quranlar barədə fikrini bildirib.
"Virtual şəkildə tanış olmağa pis baxmıram. Amma bu münasibətlər mənə qeyri-ciddi gəlir. Nədənsə, mənə bu sevginin sonu olmaz kimi gəlir. "
Teleaprıcı Mətanət Əliverdiyeva "Bəs, sən burda, Ceyhun Türkiyədədir. Bu necə olur?" deyə sual ünvanlayıb.
"Mən hər dəfə gedib gəlirəm. Sənin nədən xəbərin var ki? Mənə də İradə deyərlər. Heç kimin ruhu belə incimir. Adam heç ərini tək qoyar? Heç vaxt...
Bura gələndən sonra iki kilo da almışam. Yağlı aşdan, dolmalardan yeyib kökəlmişəm".
Milli.Az