Tamaşa üçün Gürcüstanla Ermənistana getdilər - FOTO

1 Oktyabr 2015 23:12

Rusiyalı aktyor və aktrisalar - Anna Çipovskaya, Ravşana Kurkova, Aleksandr Pal və digərləri Gürcüstanla Ermənistana səfər ediblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər Rezo Qiqineişvilinin "Sərhədsiz" komediyasını səhnələşdirmək üçün qonşu dövlətlərə yollanıblar. 

Əvvəlcə Gürcüstana gedən heyət orada tarixi abidələri ziyarət edərək, kulinariya sahəsində master-klass keçiblər. 

Növbəti gün isə komanda Ermənistanın paytaxtı İrəvanda olub. 

Qeyd edək ki, heyət "Sərhədsiz" komediyası ilə sevginin sərhəd, yaş fərqi, milliyət tanımadığı mesajını ötürməyə çalışıb.
Milli.Az