Rəşad Sadıqovdan iddialı açıqlama: «Yenə gedəcəm»

15 Fevral 2011 19:38
"Kariyeram boyu bir neçə kluba transfer olmuşam. Ancaq birinci dəfədi təqdimat mərasimi keçirilir". Fanat.az xəbər verir ki, bu sözləri "Eskişəhərspor"dan "Qarabağ"a transfer olunan millimizin kapitanı Rəşad Sadıqov deyib.

Rəşad "Qarabağ"la altı aylıq müqavilə imzaladığını və yenidən legioner həyatı yaşamaq istədiyini bildirib: "Qarabağ"la 6 aylıq müqavilə bağladım. Çünki yenidən legioner həyatı yaşamaq istəyirəm. Türkiyədən yenidən təklif alsam gedəcəm. Həçinin Rusiya klublarının da təklifini dəyərləndirəcəm".

Yayda "Eskişəhərspor"a keçən Rəşad Rusiya klubundan təklif aldığını bildirib: "Yayda mən "Eskişəhərspor"a getdim. Bu səbəbdən "Alaniya"nın təklifindən imtina etdim. İndi olsaydı, Rusiya klubunu seçərdim".

Sadıqov deyib ki, "Eskişəhərspor"dan "Qarabağ"a keçidi gözlənilməz olub. Futbolçu "Eskişəhərspor"da ehtiyyatda qalmasının səbəblərinin olduğunu da qeyd edib: ""Ehtiyatda qalmağım Türkiyəyə vurduğum qolla əlaqəli deyil. Ondan əvvəl, Rza Çalımbayın vaxtında da ehtiyatda idim. Türkiyəyə qol vurduqdan sonra əsas isə heyətdə yer almağa başladım. Amma sonradan ehtiyatda olmağımın səbəbini bilmirəm. Zədədən sonra əsas heyətdəki yerimi itirdim. Mənə təklif göndərən 2 kluba "yox" cavabı verib, "Eskişəhərspior"da oynayacağımı dedim. Təlim-məşq toplanışındakı bir çox oyunda əsas heyətdə yer aldım. Sonra isə baş məşqçi Bülənt Uyğun Nadareviçə şans verdi. "Qalatasaray"la oyundan sonra mənə şans verəcəyinə inam yaranmışdı. Amma Bülənt Uyğunla söhbətdə başa düşdüm ki, o, yenə də Nadareviçə şans verəcək. Bülənt Uyğunla söhbətimdə hiss etdim ki, mən onun gələcək planlarında yoxam. Mənə isə oynamaq lazımdı. Ona "Qarabağ"a keçmək istədiyimi bildirdim. O isə heç nə demədi. "Qarabağ" rəhbərliyi də onunla danışıqlar aparmışdı. Transferimin gecikməsi isə klub prezidentinin məni buraxmaq istəməməsi idi. Ancaq ona da başa saldım ki, mən baş məşqçinin planlarında yoxam. "Eskişəhərspor"un mənə borcu olduğu halda, onlara müəyyən məbləğ ödədim, sonra "Qarabağ"a keçidim baş tutdu".

Rəşad əvvəlki formada olmadığını etiraf edib: "Macarıstan millisilə oyunda özümü tanıya bilmirdim. Mən Bülənt Uyğuna oynamaq istədiyimi dedim. O da karyerama zərər olmasını istəmədiyini deyərək, "Qarabağ"a keçidimə razılıq verdi. Bülənt Uyğunun məni belə asanlıqla komandadan getməyimə razılaşmasını gözləmirdim. Son dəqiqəyə qədər gəlmək istəmirdim. Bilsəydim ki, 7-8 tur əsas heyətdə yer alacağam, gəlməzdim. Gəlişimin mənim üçün mənfi cəhətləri daha çoxdu. Amma Uyğunun mövqeyindən sonra qalmaq istəmədim. Sentyabrdan qalan pulumu bir həftə əvvəl vermişdilər. Verdikləri pulu alıb, sonra "Qarabağ"a buraxdılar".
"Qarabağ"a keçidimdə müsbət tərəflərin də çox olduğunu düşünürəm. Özüm həmişə xarici çempionatlarda çıxış etməyin tərəfdarı olmuşam. Oradan dostca ayrılmışam. "Kayserispor"dan ayrılmağım mənim futbolçu karyeramda ən böyük səhv addım idi. "Kayserispor"dan ailə məsələsinə görə ayrıldım. Səhv addım idi. Amma "Eskişəhərspor"dan ailə problemləri yox idi.

Bülənt çox güclü məşqçidi. Özü də Azərbaycanda işləmək istəyir. İşlədiyim məşqçilər rasında ən güclüsüdü. Onun Azərbaycanda işləməsini istərdim. Ora gedəndə yer boş idi. Zədələnəndən sonra gənc oyunçu Aydın Toscalı mövqeyimdə yer aldı. Altı ay sonra milli komandaya dəvət aldı. "Eskişəhərspor"da da Dieqo gələndən sonra parladı", deyə Rəşad əlavə edib.

Milli.Az