Qaşıma tez-tez rast gəlinən şikayətlərdən biridir və fərqli səbəblər üzündən meydana çıxır. Bu səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpkili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə ola bilər. İlk növbədə bu şikayətin əsasında duran faktorun müəyyən edilməsi vacibdir. Dərinin qaşınması bir çox xəstəliklərin əlaməti də ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.
Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Allergiya - ətraf mühitin "allergen" adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Statistik məlumata görə, planetin hər yeddi adamından biri allergiyaya düçardır. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə). Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır.
Neyrodermit allergik reaksiyanın daha mürəkkəb formasıdır. Neyrodermit zamanı dərinin qaşınan sahələrində dəri qalınlaşır, nahamar olur. Qaşınma gecə saatlarında xəstəni daha çox narahat edir. Neyrodermit adətən insanda uşaq yaşlarında inkişaf edir, vaxtaşırı olaraq kəskinləşir və güclü, dözülməz qaşınma ilə müşayiət olunur. Bir çox hallarda xəstəliyin kəskinləşməsi stresin fonunda inkişaf edir.
Bir çox hallarda dərinin qaşınmasının səbəbi güclü stress olur. Bəzi psixiki xəstəliklər də (psixoz və s.) qaşınma ilə müşayiət olunur.
Dəri səthində yaranan allergiyalar zamanı ən çox yaranan problem dəridə qaşınma, şişkinlik və qızartıdır.
Gel dlya ustraneniya zuda qaşınma ilə müşahidə olunan xəstəliklərdə yerli istifadə üçün geldir. Müxtəlif mənşəli dəri qaşınmasını aradan qaldırır. Gel dlya ustraneniya zuda-nın tərkibindəki dimedrol qaşınmanı, şişkinliyi və qızartını aradan qaldırır. Dimedrol eləcə də yerli anesteziyaedici və antiallergik təsir göstərir. Gelin tərkibindəki lidokain hidroxlorid ağrıkəsici təsir göstərməklə qaşınma ilə müşahidə olunan ağrını aradan qaldırır. Gel dlya ustraneniya zuda-nı dəri və selikli qişanın müxtəlif mənşəli qaşınmaları: dərinin allergik reaksiyası, 1-ci dərəcəli termiki və şüa yanıqları, ekzema, suçiçəyi zamanı istifadə etmək olar. Suçiçəyi zamanı Gel dlya ustraneniya zuda-nı zelyonka ilə birlikdə istifadə etmək olar. Əvvəl səpki olan nahiyəyə zelyonka çəkilir, 10-15 dəq. müddətində qurumasını gözləmək lazımdır. Sonra isə Gel dlya ustraneniya zuda gelini həmin nahiyəyə nazik qatla çəkmək lazımdır. Qabarcıqlar qurudulmalıdır ki, onlar dəridə çapıqlar yaratmasın.
İstifadə qaydası: Geli nazik qatla gündə 3-4 dəfə dəriyə çəkib masaj etmək lazımdır.