Nadirin tələbəsi ilə səmimi FOTOları

30 Sentyabr 2015 23:50

Müğənni Nadir Qafarzadə "Azərbaycanın səsi" yarışmasındakı tələbəsi Yeganə Orucova ilə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib. 

Milli.Az axşam.az-a istinadən müsabiqənin final gecəsinə qatılan tanınmışların fotolarını təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl N.Qafarzadənin tələbəsi ilə sevgili olması xəbəri yayılmışdı. Məsələyə aydınlıq gətirən ifaçı iddiaları rədd etmişdi:

"Bəzi iştirakçılar arasında belə bir şayiə yayılıb ki, "Mən tələbəm Yeganə Orucova ilə sevgiliyəm". Çox ayıb olsun ki, belə bir dedi-qodu yayıblar. Bu qız mənim övladım yerindədir. Hətta yaşca mənim oğlumdan da balacadır. Necə sevgi macərası yaşaya bilərəm ki? Çox xahiş edirəm ki, bu cür söz-söhbətlərə son qoyasınız. Bəli, mən öz tələbəmin ifasını bəyənirəm. Ona səs göndərmişəm. Dəstəkləyirəm, dəstəkləyəcəm də".

Milli.Az