Gənc Bakını əlibağlı "120" ilə "fırlandı", POLİS hara baxdı? - VİDEO

26 Sentyabr 2015 11:52

Sosial şəbəkənin "fenomen"inə çevrilən bu gəncin hərəkətlərini təkrarlamayın

Milli.Az xəbər verir ki, ötən gündən sosial şəbəkədə məşhurlaşan Yalçın adlı gənc avtomobili ilə Bakını 120 km/saat sürətlə fırlanıb.

Əsas məsələ Yalçının avtomobili "120" ilə sürməsi deyil: o, əllərini bağlayaraq maşını ayağı ilə sürüb. Yasamaldan, "Qələbə" kinoteatrı dairəsindən start götürən bu şəxs 17 dəqiqə ərzində bütün Bakını gəzib. 

Qeyd edək ki, şəhər içi maksimal sürətin 60 km/saat olmasına baxmayaraq adıçəkilən şəxsi bir dəfə də olsun yol patrul xidmətinin əməkdaşları saxlamayıblar. 

Həmin kadrları sizə təqdim edirik.

Ceyhun Ələkbərov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото