Ən gənc "lotu" və arvadı tutuldular

24 Sentyabr 2015 20:54

Dünyanın ən gənc "qanuni oğru"su olan, 22 yaşlı Revaz Ubilava saxlanılıb. 

Milli.Az cebhe.info-ya istinadən bildirir ki, kriminal aləmdə Reziko Cvarski kimi tanınan "qanuni oğru" xanımı Mirinda Peradze ilə birlikdə saxlanılıb. 
Türkiyədən qayıdan Ubilava və xanımının üzərinə Minsk aeroportunda baxış keçirilib.  

Mirinda Peradzedən bir neçə min dollar və avro pul aşkar edilib. Həmin vəsaitin "obşakdan" ona çatan vəsait olduğu güman edilib. Ubilava ilə profilaktik söhbətdən sonra o, sərbəst butraxılıb. 

Bundan sonra o, Belarus ərazisini tərk edib. Xatırladaq ki, Revaz Ubilava ötən il Türkiyədə "taclandırılıb". 

Buna baxmayaraq onun "oğru" parametrlərinə uyğun gəlmədiyi bildirilir. Ötən ilin oktyabrında Moskvada döyülən Ubilava bizneslə məşuldur və rəsmi nikahla evlənib. 
Milli.Az