Məkkədə dəhşətli faciə: 718 nəfər həlak oldu, 863 nəfər yaralandı - YENİLƏNİB - CANLI YAYIM - VİDEO - FOTO

24 Sentyabr 2015 21:59

21:59

Milli.Az bildirir ki, Mina dağında yaranan basabas nəticəsində 718 nəfər ölüb, 805 nəfər isə yaralanıb. Hadisə Səudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib.

Faciə anlarını əks etdirən videoları təqdim edirik.

------------

21:47

Milli.Az APA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlər arasında Türkiyə vətəndaşları yoxdur, lakin 18 nəfərin aqibəti məlum deyil.

Bunu jurnalistlərə  Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez  bildirib.

Son məlumata görə, izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb, 863 zəvvar xəsarət alıb.

"Hazırda  Türkiyə vətəndaşlarının ölməsi barədə məlumat yoxdur, qəti cavab vermək hələ tezdir. Zəvvarların keçid qrafikinə əsasən, faciə baş verən zaman orada Türkiyə vətəndaşları olmamalı idi. Lakin, qadağalara baxmayaraq, Türkiyənin iki zəvvarlıq agentliyi, razılaşdırılmış qrafikə zidd olaraq, Məkkəyə bir qrup zəvvar göndərib. 18 nəfərin aqibəti bizə məlum deyil. Araşdırma davam edir", deyə Mehmet Görmez bildirib.

---------

18:02

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində həlak olan zəvvarların sayı 717-yə, yaralananların sayı isə 805-ə çatıb.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, hadisə yerində çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları işləyir.

Xatırladaq ki, bu il həcc ziyarətində 2 milyon zəvvar iştirak edir.

---------

16:40

Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 453-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 719 olduğu bildirilir.

----------

15:18

Bu gün Məkkədə - Mina dağında baş verən faciədə ölənlərin sayı arta bilər. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda ölən zəvvarların kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

---------

14:32

Milli.Az faciə yerində çəkilmiş videokadrları təqdim edir: 

----------

14:18

Milli.Az NDTV-yə istinadən bildirir ki, Məkkə həndəvərində, Mina dağının yaxınlığında Şeytana daş atma mərasimində yaranmış basabasda həlak olanların sayı 230 nəfərə çatıb. 400 yaralı var və onlar hospitallara aparılıb.

Al Jazeera bildirir ki, dəhşətli basabas Minadakı 204-cü küçədə yaşanıb.

---------

14:06

Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 220 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.

----------

13:49

Milli.Az Al Ekhbariya-ya istinadən bildirir ki, basabas Kəbədən kənarda, Məkkə şəhəri yaxınlığındakı Mina dağının ətəklərində olub.

Hazırda Məkkədə 2 milyona yaxın zəvvar var.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyindən verilən məlumata görə, dəhşətli basabasda həlak olanların sayı arta bilər.

Al Arabia bildirir ki, basabas Şeytanın daşlanması mərasimində yaranıb.

Xatırladaq ki, Məkkədəki Məscid əl Haramda qaldırıcı kranın yerə düşməsi nəticəsində 134 nəfər həlak olmuşdu. Daha sonra Məkkədəki otellərdən birinin 15-ci mərtəbəsində yanğın olmuş, 4 yəmənli zəvvar ağır yaralanmışdı.

Məkkədən canlı yayımı təqdim edirik:

----------

13:42

Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbə ətrafındakı təvafa tələsən zəvvarlar arasında çox böyük basabas yaranıb.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, basabasda 150 nəfər həlak olub, 400 nəfər yaralanıb.
 

Milli.Az

---------

13:49