Polisə inanmayanlar oğrulara divan tuturlar - VİDEO - FOTO

22 Sentyabr 2015 21:41

Əl-qolları bağlanandan sonra qarışqa yuvasının üstündə oturdulmaq, lüt soyundurulub küçəyə buraxılmaq, çox acı bibərləri yeməyə vadar olunmaq, qayışla döyülmək, şallaqlanmaq, yumruq və təpik zərbələri almaq...

Bütün bunlar Peruda sürətlə yayılmış "xalq məhkəmələri"ndə suçlu sayılan insanlara verilən cəzalardır.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, korrupsiya və rüşvətxorluq səviyyəsinin həddən artıq yüksək olduğu Peruda məhkəmələrlə polisə inamını çoxdan itirmiş vətəndaşlar oğruluqda suçladıqları şəxsləri özü cəzalandırır. Cəza anlarının çəkildiyi videolar Facebook-da sürətlə populyarlaşır.

Elə həmin Facebook-da 100-dən artıq qrupda "xalq məhkəmələri"nin fəaliyyətindən bəhs olunur.

Qrupların hamısı "Chapa Tu Choro" ("Oğrunu tut") hərəkatının tərkib hissəsi olduğunu bildirirlər.

Facebookda başlanan hərəkat sürətlə məşhurlaşıb və indi Perunun ən müxtəlif şəhərlərində, qəsəbə və kəndlərində oğrular tutulanda polisə təhvil verilmir: onları yerə yerli sakinlər cəzalandırırlar.

Facebook-dakı qrupların adları da artıq aqressivləşir. Belə ki, "Oğrunu tut və onu iflic et", "Oğrunu tut və əllərini kəs", "Oğrunu tut və xədim et" adlanır.

Milli.Az

фото