Sərkisyan Bakı Avropa Oyunlarının mükafatçısını təltif etdi

22 Sentyabr 2015 12:48

Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə ölkənin müstəqilliyinin 24 illiyi münasibətilə elm, təhsil, idman, incəsənət, səhiyyə, iqtisadiyyat xadimləri, ordu və təhlükəsizlik xidmətlərinin nümayəndələri ali dövlət mükafatı, fəxri və ali adlara layiq görülüblər.

Oxu.az news.am-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi sentyabrın 21-də Prezident İqamətgahında baş tutub.

Tədbirdə yunan-roma üslubu üzrə güləşçilər, ikiqat dünya çempionu Artur Aleksanyan və Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçısı Miqran Arutünyan da iştirak edib və mükafat alıblar.

Xatırladaq ki, Miqran Arutünyan 66 kq çəki kateqoriyasında çıxış edirdi. Finalda o, rusiyalı Artyom Surkova məğlub olub.

Milli.Az