Xarici şirkət "SOCAR Cape" MMC-ni məhkəməyə verdi

21 Sentyabr 2015 13:30

"Human Resources Supplier" şirkəti "SOCAR Cape" şirkətini məhkəməyə verib.

APA-nın məlumatına görə, "Human Resources Supplier" şirkəti pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib. Bundan narazı qalan "Human Resources Supplier" şirkəti Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda şikayətə baxılır.

Qeyd edək ki, "Socar Cape" MMC 2010-cu ildə qeydiyyatdan keçib. MMC-nin təsisçisi qismində SOCAR (51%) və Böyük Britaniyanın "Cape Industrial Services Limited" (49%) şirkəti çıxış edir.

"SOCAR Cape" "Amec-Tekfen-Azfen" alyansı ilə "Chirag oil project" çərçivəsində platformanın yuxarı tikililərinin hazırlanması üzrə xidmətlərin göstərilməsi üçün müqavilə imzalayıb.

Milli.Az