Azərbaycanın ən seksi ulduzları kimlərdir? - VİDEO
14 Fevral 2011 13:53
Hər zaman açıq saçıq geyimləri, danışıqları ilə tamaşaçıları çaşdıran şou əhli yenə də öz şəxsi həyatlarını göstərməkdən çəkinmədi. Lakin bu dəfə daha fərqli, daha açıq şəkildə...
Milli.Az xəbər portalı xəbər verir ki, dünən Lider TV-də yayımlanan "Qızıl pillə" verilişində seksual imicli ulduzların onluğu təqdim olundu. Efirin ən seksi aparıcısı Zemfira Adgözəlova artıq ikinci dəfə şou nümayəndələri arasında bu mövzuda sorğu keçirdi.
İlk dəfə efirə gedən verilişdə 3-cü yeri müğənni Nura Suri, 2-ci yeri model aparıcı Tunay, 1-ci yeri isə xalq artisti Brilliant Dadaşova tutmuşdu. Ötən veriliş müəyyən şəxslərin etirazına səbəb olsa da, aparıcı bunlara əhəmiyyət verməyib. Zemfira etirazları və deyilənləri önəmsəməyərək ikinci dəfə bu mövzuya toxunmağı qərara alıb. Bu dəfəki üçlüyə isə model Validə Abbasova (3-cü yer), NEXT qrupu (2-ci yer) və qalib olaraq xalq artisti Aygün Kazımova birinci yerə layiq görüldü.