Türkiyə sahilində daha bir faciə - Bu dəfə sahilə azyaşlı qızın cəsədi gəldi - FOTO

18 Sentyabr 2015 22:59

Türkiyə Muğla vilayətinin Bodrum rayonunda sahildə cəsədi tapılan azyaşlı Suriyalı uşağın şəkili dünyanı silkələmişdi. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu hadisədən bir neçə həftə sonra Türkiyə sahilinə daha bir uşağın cəsədi çıxıb.

Bu dəfə sahilə hələ şəxsiyəti məlum olmayan dördyaşlı Suriyalı qızın cəsədi gəlib. Uşağın cəsədi cümə günü səhər Türkiyənin qərbində İzmir əyalətində sahilə çıxıb. İlkin məlumatlara görə, qız yunan adalarından birinə gedən başqa miqrantlarla birgə qayıqda olub. Gəmi batıb, aralarında səkkiz uşaqında olduğu 14 suriyalı xilas edilib. Qayığda 15 nəfər olub.

Bir neçə gün əvvəl dənizdə Suriyadan qaçan miqrantların olduğu qayıq batıb. Həmin qayıqda 3 yaşlı Aylan və 5 yaşlı Qalib Kurdi və onların anası da bataraq həlak olub. Uşaqların atası Abdulla Kurdi baş verənləri danışarkən bildirib ki, qəfildən qayığa su dolmağa başlayıb.

Xilasedicilər iş başında 

"Hamı təşvişə düşdü. Mən yoldaşımın əlindən tutdum, amma uşaqlarım əlimdən çıxdı. Hamı çığırırdı. Buna görə nə uşaqlarım, yoldaşım mənim səsimi eşidə bilirdilər, nə də mən onları. Hər tərəf qaranlıq idi. Nə edəcəyimi bilmirdim. Sahilədək üzdüm, amma orada ailəmi tapa bilmədim", - deyən ata artıq Kobanidə yaşayacağını bildirib. Kanada rəsmiləri Abdullah Kurdiyə vətəndaşlıq təklif etsələr də, o övladlarını Kobaniyə aparmaq və orada dəfn etmək istəyir.

3 yaşlı Aylan Kurdi və 5 yaşlı qardaşı Qalib

Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıtmışdı. Dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsus idi.Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində sahilə çıxan meyitlər yaddaşlardan uzun müddət silinməyəcək.

Dünyanı kədərə boğan uşaq

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar. Avropaya miqrant axının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Rahat həyat arzusu ilə yola çıxan minlərlə miqrant dənizdə bataraq həyatını itirirlər.

Miqrantların dənizdən çıxan paltarları

Bütün sosial şəbəkələrdə müzakirə mövzusu olan və dünyanı lərzəyə salan suriyalı körpənin ölümü Britaniya, Fransa, İtaliya və başqa Avropa Birliyi ölkələrini miqrantlara kömək etməyə səsləyib. Onlar ərazilərində qaçqınları yerləşdirmək qərarına gəliblər.

Muğlanın Bodrum rayonunda gəminin batması nəticəsində həyatını itirən 12 nəfərdən Suriya vətəndaşı Zahim Kurdi ailəsinin oğulları 2 yaşındakı Aylan Kurdi ve 3 yaşındakı Kalip Kurdinin cənazələri əvvəlcə İstanbula gətirilib, daha sonra isə Suriyanın Kobani şəhərinə aparılaraq, dəfn olunublar. Uşaqların atası bundan sonra ömrünün sonunadək orada qalacğını və heç vaxt ölkəni tərk etməyəcəyini deyib.

Kürdi ailəsinin Kobanidə dəfn olunması

Milli.Az