Milli.Az qabaq pizzasının hazırlanma qaydasını təqdim edir
Tərkibi (2-4 pay):
2 təzə qabaq (400 q)
1 st. un
3 yumurta
1 ç.q. qabartma tozu
pomidor
pendir
duz
şüyüd
bitki yağı
Qabaqları sürtgəcin iri gözündən keçirin. Yumurta, göyərti, un, duz vurub qarışdırın.
Formanı bol-bol bitki yağı ilə yağlayın. Kütləni içinə töküb hamarlayın, üzərinə pomidor dilimlərini düzün.
180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Üzərinə pendir səpib daha 5 dəqiqə bişirin.
Nuş olsun!
Milli.Az